İŞİD Suriyanı bombaladı: Ölən və yaralılar var

İŞİD terrorçularının Suriyanın şimal-şərqindəki Deyr-əz-Zor şəhərini atəşə tutması nəticəsində 25 nəfər müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
"SANA" agentliyi bu barədə xəbər yayıb.
Xəbərdə bildirilir ki, yaralıların əksəriyyəti uşaqlardır. Terrorçuların atdıqları mərmilər həmçinin şəhərin El-Küsür və El-Caur yaşayış məntəqələrini dağıdıb. Bombardmanlar nəticəsində sakinlərin həlak olub-olmaması barəsində məlumat verilmir.
Agentlik həmçinin İŞİD silahlılarının paytaxt Dəməşqi də atəşə tutduğunu bildirib. Nəticədə 1 qadın ölüb, daha 6 nəfər yaralanıb.