İran uranın zənginləşdirilməsini dayandıracaq?

GunAz.az xəbər verir ki, bu barədə “Reuters” təşkilatın hesabatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran zənginləşdirməni dayandırmaq üçün artıq hazırlıq addımlarını atıb.
60%-ə qədər zənginləşdirilmiş UF6 ehtiyatları (uran heksaftorid) avqust ayından etibarən 164,7 kq-dan 182,3 kq-a yüksəlib. MAQATE-yə görə, 60%-ə qədər zənginləşdirilmiş 42 kq uran nəzəri cəhətdən daha zənginləşdirilməklə nüvə bombası yaratmaq üçün kifayətdir.
Məlumata əsasən, Tehran, həmçinin MAQATE-nin əlavə dörd müfəttişinin ölkəyə buraxılması imkanını nəzərdən keçirməyə razılaşıb.//Oxu.Az