Rus ordusu hücuma keçdi, bütün texnikası məhv edildi

GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, rusların hücum qrupları dörd dalğada Ukrayna ordusunun mövqelərinə hücum edib:
“Ümumilikdə düşmən 15-ə yaxın texnika, xüsusilə tanklar, zirehli döyüş maşınları və UR-77 minatəmizləmə qurğusundan istifadə edib. Döyüşçülərimiz düşməni dayandırıb və bütün texnikasını məhv ediblər”.