İranda şok statistika: Hər 150 min xəstədən 100 mini ölür
GunAz.az xəbər verir ki, bu barədə İranın “Rokna” saytı yazıb.
Məqalədə deyilir ki, İranda xərçəngdən ölüm səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli yüksəkdir - baxmayaraq ki, xərçəng xəstələrinin sayı daha azdır. Məsələn, Avstraliyada hər 600 min xərçəng xəstəsindən təxminən 100 mini ölür.
