Ərdoğanı müşayiət edən jurnalist tutuldu

Ərdoğanı müşayiət edən jurnalist tutuldu
Türkiyənin Anadolu Dövlət Agentliyinin Prezident tədbirlərini işıqlandıran müxbiri İlhan Toprak "ByLock” proqramlı telefon istifadə etdiyi üçün saxlanılıb.
İlhan Toprak 28 fevral-1 mart tarixlərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri zamanı onu müşayiət edib. Sözügedən səfərdən qayıdan zaman isə jurnalist hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.
Hazırda onun polis tərəfindən ifadəsinin alındığı deyilir.
Qeyd edək ki, "ByLock” proqramlı mobil telefonlar Türkiyədə "FETÖ” üzvləri tərəfindən istifadə edilməsi kimi tanınır.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt