İran hərbi xərclərini 3 dəfə artırır
İran hökuməti yeni büdcə layihəsində İran təqvimi ilə gələn 1404-cü il (miladi təqvimlə 2025-ci il martın 20-də başlayır) hərbi xərcləri 200% artırmağı planlaşdırıb.GunAz.az xəbər verir ki, bunu İran Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Fatimah Muhacirani deyib.
“Ölkənin büdcə layihəsində müdafiə ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilib. Bu baxımdan biz hərbi büdcənin əhəmiyyətli dərəcədə - 200% artımının şahidi olduq”, - o bildirib.
