Hizbullahdan İsrail sakinlərinə: Dərhal tərk edin!
Hizbullah İsrailin şimalındakı 25 yaşayış məntəqəsinin sakinlərindən dərhal evlərini tərk etmələrini tələb edib.GunAz.az xəbər verir ki, bu barədə qurumun Teleqram kanalında məlumat yayılıb.
“Kəndləriniz Livana hücum edən hərbi qüvvələrin evinə çevrilib və buna görə də hava və raket zərbələri üçün qanuni hərbi hədəfə çevrilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Hizbullah ilk dəfədir ki, İsrailin şimalında yaşayan sakinlərə belə xəbərdarlıq göndərir.
