İsrail İranın hərbi obkeytlərinə hücum etdi

İsrail İrana zərbə endirmək üçün məqam tapıb. İran üzərinə hücuma keçən İsrail hərbi hava qüvvələri 100 dən çox təyyarədən isitifadə edib. Hücuma F-35-lər cəlb edilib. Təxminən 2000 kilometr məsafə qət edən döyüş təyyarələrinin hücumu iki əsas sahəyə yönəlib.
GunAz.az xəbər verir ki, əsas hədəf Tehrandır. Hava əməliyyatında münaqişənin miqyasını artırmamaq üçün nüvə və neft obyektlərinə deyil, yalnız hərbi hədəflərə zərbə endirilib. Ehtimal edilir ki, bu miqyasda hücumu həyata keçirmək üçün əvvəlcə radarlar və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. Bundan sonra hərbi bazalar vurulub. Hücumdan əvvəl Suriyada kiçik əməliyyat keçirilib. İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir: “Biz müdafiə və hücuma maksimum hazır vəziyyətdəyik və komanda direktivləri dəyişməyib. Biz vəziyyətlə bağlı davamlı kəşfiyyat və əməliyyat qiymətləndirmələri aparırıq. Sübut etdik ki, Yaxın Şərqdə istənilən yerə hücum edə bilərik”.