Türkiyə lideri 4 ölkənin nazirlərini qəbul etdi

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə lideri Dolmabahçedə “3+3” əməkdaşlıq platformasında iştirak etmək üçün İstanbulda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Araqçı və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.