İranın yeganə aviaşirkəti də AB-yə uçuşları dayandırır

İranın yeganə aviaşirkəti də AB-yə uçuşları dayandırır
İranın Avropa Birliyinə uça bilən yeganə aviaşirkəti İran Hava Yolları yeni sanksiyalardan sonra Avropaya uçuşları dayandırır.
GunAz.az xəbər verir ki, bu barədə İran Hava Daşıyıcıları Assosiasiyasının direktoru Maksud Əsədi Samani deyib.
“Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət “İran Eyr” idi və AB-nin onlara qarşı yeni sanksiyaları nəzərə alınarsa, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq”, - Samani bildirib.
Qeyd edək ki, Avropa Birliyi dünən İranın üç aviaşirkətinə, o cümlədən milli aviadaşıyıcısına, dörd sənaye və nəqliyyat şirkətinə, həmçinin ölkənin müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri də daxil olmaqla, yeddi məmur, iş adamı və hərbçiyə sanksiya tətbiq edib.
скачать dle 12.1
Geri qayıt