Tokayev Ermənistan prezidentini rəsmi səfərə dəvət etdi
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Kasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 15-də Qazaxıstana rəsmi səfər edəcək.
GunAz.az xəbər verir ki, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə Qazaxıstan-Ermənistan əməkdaşlığının gücləndirilməsi müzakirə ediləcək, həmçinin beynəlxalq gündəliyi diqqət mərkəzində olacaq.
Diplomatik mənbələrdən əldə edilən məlumatlara görə, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı məsələlər də müzakirələrin əsas predmeti olacaq.
