Ukraynanın ordusu ilə ölkənin şərqindəki separatçılar arasında atəşkəs sazişi imzalanıb. Bu barədə qondarma Donetsk Xalq Respublikasının Müdafiə Nazirliyinin sözçüsü Eduard Basurin deyib. O bildirib ki, atəşkəs razılığı yerli vaxtla saat 11:00-da əldə edilib: "Kiyev administrasiyasının radikalları idarə edib-etməyəcəyini görəcəyik”. Qeyd edək ki, uzun müddətdir ki, sabitliyin hökm sürdüyü Donetskdə 29 yanvarda atışmalar yenidən başlamışdı.