Rusiyanın nəhəng silah anbarı məhv edildi

Rusiyanın nəhəng silah anbarı məhv edildi
Ukrayna ordusu Rusiyanın Bryansk vilayətindəki böyük sursat anbarını məhv edib.
GunAz.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Ukrayna ordusunun zərbələri nəticəsində Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin 67-ci arsenalı darmadağın edilib. Ukrayna sərhədindən 114 km məsafədə yerləşən anbarda sursatlar, xüsusilə Şimali Koreyadan gətirilmiş aviabombalar saxlanılırdı”, - məlumatda qeyd olunub.
скачать dle 12.1
Geri qayıt