İsrail təyyarələri Hizbullahın qərargahını vurdu
GunAz.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hücum azı üç dəqiqə davam edib və paytaxtın cənub-qərb rayonlarına, o cümlədən Rusiyanın Livandakı səfirliyinin yerləşdiyi məhəlləyə ziyan dəyib.
Zərbənin Beyrut Beynəlxalq Hava Limanına gedən magistral yolda yerləşən Burc əl-Barajna düşərgəsi yaxınlığındakı Hizbullah qərargahına endirildiyi ehtimal edilir.
