İsrail Livanda ilk dəfə bu silahdan istifadə etdi
İsrail ordusu Livanda ilk dəfə "Ninja" raketindən istifadə edib.GunAz.az Musavat.com-a istinadən xəbər verir ki, İsrail ordusu ilk dəfə bu raketlə Beyrutun təxminən 10 kilometr şərqində yerləşən Kahale bölgəsinə zərbə endirib.
Məlumata görə, "Ninja" ictimaiyyət tərəfindən "AGM-114 R9X Hellfire" raketinə verilən addır.
Belə ki, partlayıcı döyüş başlığı ilə təchiz olunmayan raketin üzərinə quraşdırılmış iti bıçaqlar yaxınlaşan kimi açılır və ətrafdakılara zərər vermədən hədəfə ciddi ziyan vurur.
