Qəzzada ölən fələstinlilərin sayı 41 mini ötdü

GunAz.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ümumilikdə 96 mindən çox insan zərər çəkib.
Yalnız son sutkada 28 nəfər ölüb, 85 nəfər yaralanıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.