Gürcüstanda LGBT təbliğatı və cinsiyyətin dəyişdirilməsi qadağan edildi

GunAz.az-ın məlumatına görə, ölkə parlamenti bununla bağlı qərar qəbul edib.
Belə ki, parlament sonuncu oxunuşda LGBT təbliğatını və cinsiyyət dəyişdirilməsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Qərarda bildirilib ki, ölkədə cinsiyyətin dəyişdirilməsi, eynicinsli şəxslər arasında nikah bağlanması, şəxsiyyət vəsiqəsində bu və ya digər şəxsin cinsiyyətindən fərqli kateqoriyada göstərilməsi qadağan olunub.
Həmçinin, onların nikahları və keçirdikləri əməliyyatlarla bağlı məlumatların efirdə, ümumilikdə mediada təbliğinə də qadağa qoyulub.