Əpl bu modelləri satışdan çıxarır
GunAz.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "MacRumors" yazıb.
Satışdan çəkilməyə ilk namizədlər arasında Ayfon 15 Pro və Ayfon 15 Pro Maks var. Həmçinin Ayfon 14 Plusun satışının dayandırılacağı gözlənilir - sırada yalnız Ayfon 14 qalacaq.
Bundan əlavə, Əpl şirkətin onlayn mağazasında brendin ən köhnə telefonu olan Ayfon 13-ün istehsalını birdəfəlik dayandırmağı planlaşdırır. Yeni AyPad mininin qarşıdan gələn buraxılışı ilə əlaqədar altıncı nəsil planşet də dayandırılacaq.
Bundan əlavə, Əpl Watch 9, Əpl Watch Ultra 2 və Əpl Watch SE 2 modellərinin istehsalı dayandırılaraq yeni smart cihazlarla əvəz olunacaq. AirPods 2 və AirPods 3 də köhnəlmiş hesab olunacaq və yerini AirPods 4-ə verəcək.
