MDB ölkələrinin liderləri BRICS sammitinə dəvət edilib

GunAz.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb.
Onun sözlərinə görə, qrupun üzvü olan 9 ölkə ilə yanaşı, MDB ölkələrinin liderləri də sammitə dəvət olunub.
Xatırladaq ki, sözügedən sammit oktyabrın 22-24-də baş tutacaq.
Onu da qeyd edək ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin və CAR daxildir. Son dövrlərdə 23 ölkə bu iqtisadi bloka qoşulmaq niyyətini bəyan edib.