İran XİN-də rusiyalı səfirlə görüş keçirildi

GunAz.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bildirilib ki, Dəmirçilu Dedovla, həmçinin “3+3” konsultativ formatı çərçivəsində planlaşdırılan görüş ətrafında fikir mübadiləsi aparıb.
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşünün yaxın zamanlarda Türkiyədə keçiriləcəyini açıqlamışdı.
Onu da qeyd edək ki, “3+3” regional platformasına üç Cənubi Qafqaz ölkəsi (Azərbaycan, Ermənistan, Gürcüstan), eləcə də Türkiyə, Rusiya və İran daxildir.