Zelenski Kurskdakı son durumu açıqladı

GunAz.az-ın məlumatına görə, Ukrayna lideri bu barədə Hollandiyanın Baş naziri Dik Şof ilə Zaporoje şəhərinə səfərindən sonra mətbuat konfransında danışıb.
O, Rusiyanın dünən gecə və səhər saatlarında Sumı, Xarkov və Kiyev vilayətlərinə hava hücumları təşkil etdiyini, milyonlarla tələbənin hücumlar altında təhsilə başladığını bildirib.
Habelə, o, Rusiyanın hücumlarının qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, F-16 döyüş təyyarələri və müxtəlif silahlarla təmin edilməsində Ukraynaya dəstəyin davam etdirilməsi lazım olduğunu bildirib.