“Hizbullah”ın daha bir komandiri öldürüldü

GunAz.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
“Bu gün səhər saatlarında Sur şəhəri ərazisində Hüseyn İbrahim Kassebi məhv edilib”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail Ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının silah anbarına aviazərbələr endirib.