Sarkisyanın tərəfdarı müxalifətçi namizədi bıçaqladı

Sarkisyanın tərəfdarı müxalifətçi namizədi bıçaqladı
Ermənistanın Ararat vilayətində "Çiçəklənən Ermənistan" partiyasından deputatlığa namizəd bıçaqlanıb. 
Bununla bağlı Ermənistan mediası məlumat yayıb. 
Bildirilib ki, 23 yaşlı Abram Adamyan bıçaq yarası ilə Masis şəhər xəstəxanasına gətirilib. Araşdırmalar zamanı onun Respublika partiyasıbnın nümayəndəsi tərəfindən bıçaqlandığı məlum olub. İnsidentin səbəbləri məlum deyil.
Qeyd edək ki, aprelin 2-də keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanda siyasi gərginlik hökm sürür. 

Gunaz.az

скачать dle 12.1
Geri qayıt