ÜST rəhbəri Qəzzadakı vəziyyətlə bağlı çağırış etdi

GunAz.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “X”də yazıb.
“Həyat xilasedici peyvəndlərin ehtiyacı olan bütün uşaqlara çatması üçün humanitar fasilələr çox vacibdir. Biz bütün tərəflərdən kampaniyanın hər turunda yeddi gün ərzində humanitar fasilələr tətbiq etməyi xahiş edirik”,-o qeyd edib.