Türkiyənin fəal dəstək verdiyi Azad Suriya Ordusu "Fərat Qalxanı" əməliyyatının yeni mərhələsinə start verib. Hərbçilər Suriyanın Əl-Bab şəhərinin şərqində yerləşən iki kəndi YPG terrorçularından azad edib. Ümumiyyətlə, hərbçilərin YPG və PYD terrorçularına qarşı irimiqyaslı əməliyyatlara başladığı deyilir. Əməliyyatlara türk hərbçilər intensiv top atışlarıyla dəstək verir.