İsrail Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək

GunAz.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Ofis danışıqların yerinin daha sonra açıqlanacağını, görüş zamanı Qəzza zolağı ilə bağlı sazişin icrasının təfərrüatlarının razılaşdırılacağını vurğulayıb.