Təhlükəli terrorçu liderlərdən biri məhv edildi

Təhlükəli terrorçu liderlərdən biri məhv edildi

Suriyada "Əl-Qaidə” terror təşkilatının liderlərindən biri Əbu əl-Xayr əl Məsri məhv edilib.

 Onun İdlib şəhəri yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatının zərbəsi nəticəsində öldürüldüyü bildirilir.

Məlumata əsasən, 59 yaşlı terrorçu "Əl-Qaidə” terror təşkilatının lideri Ayman Az-Zavaxirinin müavini, Üsamə ben Ladenin kürəkəni olub. Onun Suriyada "Cəbhət ən Nusra" terror qruplaşmasına dəstək verdiyi, 1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ-ın diplomatik nümayəndəliklərinə hücumun təşkilatçısı olduğu qeyd olunur.

Gunaz.az
скачать dle 12.1
Geri qayıt