Türkiyədə daha bir onlayn platformaya giriş bloklandı
Türkiyədə instaqrama giriş qadağasından sonra onlayn oyun platforması “Roblox”a da giriş bloklanıb.
GunAz.az xəbər verir ki, “Roblox”a giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.
Qərarla “Roblox”un “App Store” və “Google Play”dəki tətbiqlərinə, eləcə də veb-sayta giriş bloklanıb.
Qeyd edək ki, “Roblox” istifadəçilərə öz təcrübələrini proqramlaşdırmağa və digər istifadəçilər tərəfindən yaradılan təcrübələri oynamağa imkan verən sistem idi.
Xatırladaq ki, avqustun 2-də Türkiyədə instaqram sosial şəbəkəsinə də giriş qadağası verilib.
Geri qayıtGunAz.az xəbər verir ki, “Roblox”a giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.