HƏMAS-ın yeni rəhbəri - Məhəmməd İsmayıl Dərvişlə bağlı TƏFƏRRÜATLAR
Səudiyyə Ərəbistanından gələn xəbərlərə görə, HƏMAS terrorçuları gələn il keçirilməsi planlaşdırılan seçkilərə qədər terror təşkilatına başçılıq etmək üçün yeni lider təyin ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İranda məhv edilən İsmayıl Haniyənin davamçısı məhz gələn il seçiləcək.
Ötən həftə Tehranda partlayış nəticəsində həlak olan İsmayıl Haniyənin ölümündən sonra HƏMAS Şurasının rəhbəri Məhəmməd İsmayıl Dərviş terror təşkilatının müvəqqəti lideri təyin edilib.

Əbu Ömər Həsən kimi də tanınan Dərviş təşkilatın 2025-ci ildə keçirilməsi planlaşdırılan seçkilərinə qədər HƏMAS-ın Qəzza zolağında, Yəhudeya və Samariyada, diaspora üzvləri arasında və İsrail həbsxanalarında fəaliyyətlərini koordinasiya edəcək.
O, sələfi Osama Mazini keçən ilin oktyabrında İsrail Müdafiə Qüvvələri tərəfindən məhv edildikdən sonra Şuraya rəhbərlik edir. Mazini 2011-ci ildə HƏMAS İsrail ordusunun əsgəri Qilad Şaliti 1027 fələstinli məhbusun, o cümlədən Qəzzanın hazırkı lideri və 7 oktyabr hücumlarının təşkilatçısı Yəhya Sinvarın müqabilində azad etdiyi zaman girov mübadiləsində əsas fiqur olub.
HƏMAS-ın terror qaydalarına görə, Dərviş 2025-ci ildə keçirilməsi planlaşdırılan seçkilərdə iştirak etmək hüququna malik olmayacaq.