“İsrail bu hadisəyə görə məsuliyyət daşımır”

GunAz.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi “RİA Novosti”yə bildirib.
Qeyd edək ki, İ. Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.