Mahmud Abbasdan HƏMAS rəhbərinin öldürülməsinə - Reaksiya

GunAz.az WAFA Agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.
“Bu, qorxaqlıq və təhlükəli hadisədir”, - deyə bəyanatda bildirilib. Açıqlamada deyilir ki, M. Abbas vətəndaşları birliyə, səbrə və möhkəmliyə çağırıb.
Qeyd edək ki, İ. Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.