Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Çinə keçdi

GunAz.az xəbər verir ki, bu barədə Qazaxıstan paytaxtında imzalanan ŞƏT Dövlət Başçıları Şurasının Astana Bəyannaməsində bildirilib.
Qazaxıstan Astana Sammitində ŞƏT-ə birillik sədrlik dövrünü yekunlaşdırıb. Bu müddətdə təşkilat çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 150-dən çox tədbir keçirilib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. İlkin olaraq təşkilata altı ölkə – Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi. 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə isə İran təşkilata tamhüquqlu üzv olub. Belarus isə bu gün keçirilən Sammitdə rəsmi olaraq ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib. (Trend)