Rusiyanın Dəməşqdəki səfirliyinin yerləşdiyi rayon minaatanlardan atəşə tutulub. Mərmilərdən ikisi səfirliyin binasının yaxınlığına düşüb. Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Suriya ordusunun hərbçilərindən biri mərmilərin terrorçuların nəzarət etdiyi Cobar ərazisindən atıldığını bildirib.