Ərdoğan siqaretə qarşı mübarizəni sərtləşdirir

GunAz.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu məsələ ilə bağlı Böyük Britaniyada qüvvəyə minən və 2009-cu ildən sonra doğulanların siqaret və elektron siqaret alışını qadağan edən qanunu nümunə olaraq göstərib. O bildirib ki, lazım gələrsə, Britaniya rəhbərliyi ilə əlaqə saxlaya bilər.
Türkiyədə hər il 85 min insanın siqaretlə bağlı xəstəliklərdən öldüyünü vurğulayan Ərdoğan, buna qarşı yeni tənzimləmənin gələcəyini qeyd edib: “Britaniya modeli”ni dəyərləndiririk”.
Görüşdə, həmçinin 9 yaşlı Nilay Akmanın “Siqaret zavodlarını bağlaya bilərikmi?” sualına Ərdoğan “Bəlkə” deyə cavab verib.