Hizbullah hücuma keçdi - Yaralılar var

Hizbullah hücuma keçdi - Yaralılar var Hizbullah silahlı birləşmələri İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrinə raket zərbələri endirib.
GunAz.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, onlar İsrailin şimalındakı sərhəd bölgələrinə azı 50 mərmi atıb:
“Zərbələr Kiryat Şmona, Marqaliot və Metula şəhərlərində qeydə alınıb. İki israilli qəlpələrdən yaralanıb”.
Qeyd edək ki, daha əvvəl Livanın cənubundan atılan 4 kamikadze PUA-sı İsrailin Dəmir Qübbə müdafiə sistemi tərəfindən məhv edilib.
скачать dle 12.1
Geri qayıt