Dünya mayın son günü nəyi qeyd edir?

Dünya mayın son günü nəyi qeyd edir?
Hər il mayın 31-də “Ümumdünya Tütünsüz Günü” qeyd olunur. 
GunAz.az xəbər verir ki, bu bayram 1987-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə yaranıb.
ÜST xəbərdarlıq edir ki, tütün epidemiyası tarixdə bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biridir.
Təşkilatın statistikasına görə, dünyada hər il 8 milyondan çox insan siqaretlə əlaqəli xəstəliklərdən ölür, o cümlədən onların 1,3 milyonu passiv siqaret çəkənlərdir.
ÜST-nin Avropa Regionunda 13-15 yaş arası oğlanların 11,5%-i və qızların 10,1%-i tütündən istifadə edir.
2024-cü ildə bu gün “Uşaqları tütün sənayesinin müdaxiləsindən qorumaq” devizi altında qeyd olunacaq.
İctimai səhiyyə fəalları tütün məmulatlarının gənclərə zərərli təsirləri barədə ictimaiyyəti maarifləndirmək üçün növbəti dəfə güclərini birləşdirəcəklər.
скачать dle 12.1
Geri qayıt