Rusiyalı İŞİD-çi Almaniyada saxlanıldı

Rusiyalı İŞİD-çi Almaniyada saxlanıldı
Almaniyanın Bavariya əyalətində Rusiya vətəndaşı İŞİD-ə maliyyə yardımı etməsi səbəbilə polis tərəfindən saxlanılıb.
Bu barədə Münhen Prokurorluğu məlumat yayıb.
Şübhəlinin İnqolstad şəhərində saxlanıldığı bildirilib.
İddiaya görə, 35 yaşlı Rusiya vətəndaşı yığdığı pulları internet hesabları vasitəsilə terrorçulara ötürüb.
Bundan əlavə, onun narkotik ticarəti ilə məşğul olduğu da vurğulanıb.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt