İsrail müharibəni davam etdirəcək

GunAz.az xəbər verir ki, Halevi Cənub Komandanlığının qərargahında “vəziyyəti qiymətləndirmək və müharibənin davam etdirilməsi planlarını təsdiqləmək” üçün toplantı keçirib.
İclasda Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman və komandanlığın digər zabitləri iştirak ediblər.
Bu görüşün nəticələri ilə bağlı başqa təfərrüatlar verilməyib.
Qeyd edək ki, bundan əvvəl amerikalı tərəfdaşlar dəfələrlə İsrailə Qəzza zolağının Misirlə sərhəddində yerləşən Rəfah şəhərindəki qaçqın düşərgəsində hərbi əməliyyat keçirməməsi barədə xəbərdarlıq ediblər.