İŞİD-in daha bir komandiri öldürülüb

İŞİD-in daha bir komandiri öldürülüb
Suriyanın şərqində İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri Əbu Farik əl-Amerikinin meyiti aşkarlanıb. 
Onun meyiti Markada yaşayış məntəqəsinin bazarında tapılıb. 
Əbu Farik əl-Amerikinin kim tərəfindən öldürüldüyü məlum deyil. Məlumata görə, bu yaxınlarda Suriyanın şərqində naməlum şəxslər tərəfindən İŞİD-in bir neçə yüksək rütbəli üzvü qətlə yetirilib. Ehtimala görə, onları terrorçuların özləri də öldürə bilərdi. 
Qeyd edək ki, Əbu Farik əl-Amerikinin ABŞ vətəndaşı olduğu bildirilir.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt