Rusiya hökuməti istefa verəcək

GunAz.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, bununla da yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayacaq.
Vladimir Putin martın 15-17-də keçirilən seçkilər zamanı rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib. Nəticələr isə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.
Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də baş tutmalıdır və andiçmə günü Nazirlər Kabineti Rusiyanın yeni seçilmiş prezidenti qarşısında səlahiyyətlərinin icrasını dayandırır.