Terror qurbanlarının sayı artdı

Terror qurbanlarının sayı artdı
“Crocus Citi Hall”da törədilən terror aktı qurbanlarının sayı artıb.

GunAz.az TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.

Onun sözlərinə görə, ölənlərin sayı 139-a çatıb.

Bastrıkin qeyd edib ki, artıq 75 nəfərin kimliyini müəyyən etmək mümkün olub. Baş nazirin müavini Tatyana Qolikova isə 5-i uşaq olmaqla 93 nəfərin xəstəxanada müalicə aldığını açıqlayıb.
скачать dle 12.1
Geri qayıt