Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında iclasın keçirilməsi ilə bağlı qərar qəbul edilib.

GunAz.az xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan “Factor.am”a açıqlamasında deyib.

O qeyd edib ki, görüşün tarixi və yeri hələ ki, müəyyən edilməyib.

Xatırladaq ki, Antalyada keçirilən forumda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç növbəti görüşün İrəvanda keçirilməsini təklif etmişdi.
скачать dle 12.1
Geri qayıt