SON DƏQİQƏ: HƏMAS ABŞ-ın atəşkəs razılaşması ilə bağlı təklifini QƏBUL ETDİ

GunAz.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, hərəkatın nümayəndə heyəti atəşkəs razılaşması ilə bağlı təfərrüatları Qahirədə müzakirə edəcək.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.