İstanbulda fabrikdə güclü yanğın baş verib
Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda yerləşən fabrikdə yanğın başlayıb.
Bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Yanğının söndürülməsi üçün yanğınsöndürənlər, xilasedicilər cəlb olunub.
Hadisə zamanı xəsarət alanlar barədə məlumat yoxdur.
