Türkiyədə fabrikdə güclü yanğın olub
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda ətir və boya istehsal edilən fabrikdə yanğın baş verib.
Bu barədə vilayət valisi Səttar Yavuz məlumat yayıb.
O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.
