Ərdoğan Bəhreyndən səsləndi: “Növbəti hədəf...”

Ərdoğan Bəhreyndən səsləndi: “Növbəti hədəf...”
"Fərat qalxanı” əməliyyatı ilə İŞİD və PYD-nin bir hissəsini sərhədlərimizdən uzaqlaşdırdıq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreyndə çıxışı zamanı deyib.
"Hazırda Əl Babı İŞİD-dən təmizləmək üçün çalışırıq. Sonra şərqə yönələrək, Menbiç və Rakkanı İŞİD-dən təmizləsək, buranı təhlükəsiz bölgə elan edib, ərəb və türkman qardaşlarımızı buraya yerləşdirəcəyik. Düzdür, şəhid verdik, amma bu vaxta qədər İŞİD-in 3 min üzvünü məhv etmişik. İŞİD-in islamla yaxından-uzaqdan əlaqəsi yoxdur. İŞİD bir terror təşkilatıdır. Bu insanlar müsəlman deyillər!”, - Ərdoğan bildirib.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt