Filippində zəlzələ: 8 ölü

Filippində zəlzələ: 8 ölü
 Filippinin cənub vilayətlərində baş vermiş zəlzələdə ölənlərin sayı 8-ə çatıb.
Bu barədə "Associated Press" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Məlumatda bildirilir ki, təbii hadisə zamanı 200-dən çox insan xəsarrət alıb. Zəlzələ zamanı Suriqao şəhərində mindən çox ev zərər çəkib.
Qeyd edək ki, 6,7 ballıq zəlzələ yerli vaxtla saat 14:03-də baş verib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.  

Gunaz.az

скачать dle 12.1
Geri qayıt