Zalujnı təsdiqlədi: "Ukrayna qoşunları Marinkanı tərk etdi"

Zalujnı təsdiqlədi: "Ukrayna qoşunları Marinkanı tərk etdi"
“Donetsk vilayətində Marinka şəhəri artıq yoxdur”
KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı dekabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.
Rusiyanın Marinkanın tam ələ keçirməsi ilə bağlı bəyanatını şərh edən Zalujnı deyib ki, Ukrayna qoşunları artıq geri çəkilib.
Zalujninin sözlərinə görə, rus ordusu qüvvələrini cəmləşdirə və iki-üç ay ərzində Baxmutla etdiklərini təkrarlaya bilər:
“Kifayət qədər gücümüz olana qədər müdafiə edəcəyik. Amma başa düşək ki, insanları xilas etmək daha vacibdir və itirilən əraziləri daha sonra geri qaytara bilərik”, – deyə Zalujnı əlavə edib.
Bir gün əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Rusiya ordusunun Donetsk vilayətində Marinkanı tamamilə ələ keçirdiyini bildirmişdi.
Ardınca Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” qoşun qrupunun sözçüsü, polkovnik Aleksandr Ştupun şəhər uğrunda döyüşlərin davam etdiyini açıqlamışdı. O, Marinkanın Rusiya ordusu tərəfindən tutulmasından danışmağın hələ tez olduğunu dilə gətirmişdi.
скачать dle 12.1
Geri qayıt