Əfqanıstanda 33 İŞİD terrorçusu məhv edilib

Əfqanıstanda 33 İŞİD terrorçusu məhv edilib
 Əfqanıstanın hüquq-mühafizə orqanları sutka ərzində ölkənin şərqində yerləşən Nanqarhar əyalətində hərbi əməliyyatlar zamanı 33 İŞİD terrorçusunu məhv ediblər.
Bu barədə yerli məmurlara istinadən "Khaama Press" agentliyi məlumat yayıb.
Eyni zamanda, daha 12 terrorçunun yaralandığı bildirilir.
Əməliyyatlar zamanı, həmçinin silah-sursat və bir neçə əldəqayırma partlayıcı qurğu götürülüb.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt