İranda İŞİD-lə əlaqəli 8 silahlı saxlanılıb

İranda İŞİD-lə əlaqəli 8 silahlı saxlanılıb

İranda İŞİD terror qruplaşması ilə əlaqəli 8 silahlı saxlanılıb.  "RİA Novosti”-in  verdiyi xəbərə görə, bu barədə İranın informasiya naziri Mahmud Alavi bildirib.

Onun sözlərinə görə, həbs edilənlərin hamısı əcnəbi vətəndaşlardır. Onların saxlanılması əməliyyatı fevralın 3-dən 20-dək Tehranda və digər rayonlarda davam edib.

"İlkin məlumata görə, terrorçular Tehran və digər şəhərlərdə terror aktları törətmək məqsədi ilə İrana "Kalaşnikov” tipli avtomatlar və digər sursatları göndərirmişlər. Diversiyalar İranla qonşu olan ölkələrdəki şəxslər tərəfindən  planlaşdırılıbmış: "Əldə edilən məlumatların əsasında əks tədbirlər görülüb”. 

Gunaz.az

скачать dle 12.1
Geri qayıt